Çempionlar Liqası: "Qarabağ" Budapeşt səfərindən qələbə ilə qayıdır

Çempionlar Liqası: "Qarabağ" Budapeşt səfərindən qələbə ilə qayıdır

"Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. 
Olimpnews.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz Budapeşt səfərində Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşıb. Oyun komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. 
Matçda hesabı 29-cu dəqiqədə meydana sahiblərinin futbolçusu Barnabas Varqa açıb. 
Lakin matçın ikinci hissəsində Qurban Qurbanovun komandası geridönüş etməyi bacarıb. Əvvəlcə 50-ci dəqiqədə Marko Yankoviç hesabı bərabərləşdirib. Matçın 67-ci dəqiqəsində isə Kevin Medina Komandamızı hesabda önə keçirib.
Oyunun 85-ci dəqiqəsində "Qarabağ" hesabı bir qədər də artırıb. Musa Qurbanlı Kadinin ötürməsindən sonra rəqib qapıçını məyus edib. Beləliklə, "Qarabağ" klubu Budapeşt səfərindən 3:1 hesablı qələbə ilə qayıdır. Ağdam təmsilçisi Liqa mərhələsinə yüksəlmək üçün çox gözəl fürsət əldə edib. 

Bu komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 

Çempionlar Liqası: "Qarabağ" Budapeşt səfərindən qələbə ilə qayıdır Çempionlar Liqası: "Qarabağ" Budapeşt səfərindən qələbə ilə qayıdır