Futbol üzrə UEFA Çempionlar Liqasinda pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyun günündə üç qarşılaşma təşkil olunub. Azərbaycan təmsilçisi "Qarabağ" Budapeştdə Macarıstanın "Ferentsvaroş" klubunu 3:1 hesabı ilə məğlub edib. Gecənin digər oyunlarında isə Serbiyanın "Srvena Zvezda" klubu doğma meydanda Kiprin "Pafos" klubun 1:2, Şotlandiyanın "Reyncers" komandası isə Belçika "Brügge"sinə 1:3 hesabı ilə məğlub olub.
Bu komandalar arasında cavab oyunu avqustun 27-də keçiriləcək.
Qeyd edək ki, mərhələnin digər oyunları bu gün keçiriləcək.