Bu gün Çempionlar Liqasinda daha dörd qarşılaşma keçiriləcək 

Bu gün Çempionlar Liqasinda daha dörd qarşılaşma keçiriləcək 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasınea pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, son oyun günündə azarkəşlər daha dörd oyun izləyəcəklər. Azərbaycanlı azarkeşlərin əsas diqqəti Türkiyəyə yönələcək. Belə ki, İstanbul təmsilçisi "Fənərbağça" doğma meydanda Portuqaliyanın "Benfika" klubunu qəbul edəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. 
Günün digər oyununda İsveçrənin "Bazel" klubu Danimarkanın "Kopenhagen" komandasını qəbul edəcək. Norveçin "Budyo Qlimt" klubu Avstriya "Ştrum Qraz"ını sınağa çəkəcək. Gecənin digər oyununda isə Şotlandiyanın "Seltik" klubu Qazaxıstanın "Kayrat" komandası ilə üz-üzə gələcək. Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da keçiriləcək.