"Marsel"in təklifi İtaliya klublarını razı salmır

"Marsel"in təklifi İtaliya klublarını razı salmır

"Marsel"in yarımmüdafiəçiləri Adrien Rabio və Conatan Roue klub tərəfindən transferə çıxarılan kimi dərhal 30 yaşlı fransalı futbolçuya müştəri tapılıb.

Olimpnews.az xəbər verir ki, "Yuventus" və "Milan" Rabio üçün mübarizəyə başlayıb. Lakin "Marsel"in təyin etdiyi 15 milyon avro hər iki klubu qane etmir.

Xatırladaq ki, ötən mövsüm Rabio “Marsel”in heyətində bütün turnirlərdə 31 matçda çıxış edib, 10 qol vurub və 6 məhsuldar ötürmə ilə diqqət çəkib.