Sərbəst güləşçilərimiz Türkiyədə beynəlxalq turnirdə iştirak ediblər

Sərbəst güləşçilərimiz Türkiyədə beynəlxalq turnirdə iştirak ediblər

Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Yarışda Türkiyə, Gürcüstan, Moldova, Qırğızıstan, Rumıniya, İran, Ukrayna, Bolqarıstan, Rusiya Federasiyasının İnquşetiya, Çeçenistan, Dağıstan, Kabardin- Balkar respublikalarının idmançıları ilə yanaşı, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Bakı şəhər yığma komandası da iştirak edib. Yarışın ilk günü idmançılarımız üçün uğurlu olub. Belə ki, təmsilçimiz Məmmədhüseyn Həsənov 55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 60 kq çəki dərəcəsində yarışan Ural Hüseynov II, Ramin Kərimli isə III yeri tutub. Beynəlxalq turnirin ikinci günü isə Kahrmanmaraş vilayətinin Elbistan şəhərində keçirilib. Ural Hüseynov 60 kq çəki dərəcəsində I yerə layiq görülüb. 55 kq çəki dərəcəsində Cabbar Əliyev II yeri tutub. Ramin Kərimli (60 kq), Zaur Ələkbərov (84 kq) və Allahşükür Fərzəliyev (96 kq) üçüncü yerə sahib çıxıblar. Ümumilikdə təmsilçilərimiz komanda hesabında 71 xal toplayaraq III yeri tutublar.