"Milan" heyətini yeni futbolçu ilə gücləndirir 

"Milan" heyətini yeni futbolçu ilə gücləndirir 

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək. 
Olimpnews.az xəbər verir ki, "rossonerilər" Viktor Bonifeysi sonradan satınalma bəndi olan müqavilə ilə icarəyə götürmək istəyir. Yekun məbləğ isə 30 milyon avro civarında olacaq.