Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma təşkil olunub. Azərbaycanlı azarkeşlərin də əsas marala gölədiyi oyun Türkiyədə baş tutub. İstanbul təmsilçisi "Fənərbağça" doğma meydanda Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşıb. Oyun 0:0 hesablı bərabərliklə başa çatıb. Günün digər oyununda Şotlandiyanın "Seltik" klubu Qazaxıstanın "Kayrat" komandası ilə qarşılaşıb. Bu oyunda da azarkeşlər qol görməyiblər - 0:0. İsveçrədə keçirilən "Bazel" və Danimarkanın "Kopenhagen" komandalarının oyununda da bərabərlik qeydə alınıb. Hərəyə bir dəfə fərqlənən tərəflər cütün taleyini növbəti oyuna saxlayıblar.
Günün məhsuldar oyunu isə Norveçdə qeydə alınıb. "Budyo Qlimt" doğma meydanda Avstriyablb "Ştrum Qrats" klubunu 5:0 hesabı ilə məğlub edərək Liqa mərhələsinə vəsiqəni demək olar ki, təmin edib
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 26-da keçiriləcək.