Cüdo millimiz İspaniyada təlim-məşq toplanışında iştirak edir

Cüdo millimiz İspaniyada təlim-məşq toplanışında iştirak edir

Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan milli komandası İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Azərbaycan Cüdo Federasiyasından Olimpnews.az-a verilən məlumata görə, hazırlıq prosesinə yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.

Qeyd edək ki, qitə birinciliyi sentyabrın 4-7-də Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.