"Meşəçilər" "Qoca sinyora" ilə razılaşdılar

"Meşəçilər" "Qoca sinyora" ilə razılaşdılar

"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luiz yeni mövsümü "Nottingem Forest"də keçirəcək.

Olimpnews.az "Meşəçilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 27 yaşlı futbolçunu satınalma öhdəliyi ilə mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, Duqlas Luiz “Yuventus”un heyətində 27 oyun keçirib, lakin qol vurmayıb.