Konfrans Liqasında pley-off mərhələsində ilk oyunlar keçirilib

Konfrans Liqasında pley-off mərhələsində ilk oyunlar keçirilib

Ötən gecə futbol üzrə UEFA Konfrans Liqasında da pley-off mərhələsində də ilk oyunlara yekun vuruldu.

Olimpnews.az xəbər verir ki, mərhələ çərçivəsində 24 oyun baş tutub. Türkiyənin iki təmsçisi "Beşiktaş" və "Başakşəhər" də Liqa mərhələsinə vəsiqə uğrunda mübarizə aparıb. "Qara qartallar" İsveçrədə "Lozanna"nın qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. İstanbul təmsilçisi "Başakşehir" isə Rumıniyanın "Universitatya Krayova" klubuna 1:2 hesabı ilə məğlub olub. Azərbaycan azarkeşləri üçün tanış olan "Rosenburq" klubu isə doğma meydanda "Maynts"ı 2:1 hesabı ilə məğlub edib. İtaliya təmsilçisi "Fiorentina" isə səfərdə "Polissya"ya 3:0 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab oyunları bir həftə sonra keçiriləcək.

Konfrans Liqasının pley-off mərhələsində qeydə alınmış nəticələri təqdim edirik:

"Rosenborq" (Norveç) - "Maynts" (Almaniya) - 2:1

"Hekken" (İsveç) - "Kluj"(Rumıniya) - 7:2

"Qyor" (Macarıstan) - "Rapid" (Avstriya) - 2:1

Hamrun" (Malta) - RFŞ (Latviya) - 1:0

"Volfsberq" (Avstriya) - "Omoniya" (Kipr) 2:1

"Başakşehir" (Türkiyə) - "Universitatya Krayova" (Rumıniya) - 1:2

"Anderlext" (Belçika) - "AEK Afina" (Yunanıstan) - 1:1

"Breydablik" (İslandiya) - "Virtus" (San Marino) - 2:1

"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq) - 2:1

"Levksi" (Bolqarıstan) - "AZ Alkmaar" (Niderland) - 0:2

Selye" (Sloveniya) - "Ostrava" (Çexiya) - 1:0

"Neman" (Belarus) - "Rayo Vallekano" (İspaniya) - 0:1

"Olimpiya Lyublyana" (Sloveniya) - "Noa" (Ermənistan) - 1:4

"Polissya" (Ukrayna) - "Fiorentina" - 0:3

"Şaxtyor Donetsk" (Ukrayna) - "Servett" (İsveçrə) - 1:1

"Sparta Praqa" (Çexiya) - "Riqa" (Latviya) - 2:0

"Strasburq" (Fransa) - "Bröndbü" (Danimarka) - 0:0

"Yagelloniya" (Polşa) - "Dinamo Tirana" (Albaniya) - 3:0

"Lozanna" (İsveçrə) - "Beşiktaş" (Türkiyə) - 1:1

"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) - 3:1

"Kristal Pelas" (İngiltərə) - "Fredrikstad" (Norveç) - 1:0

"Hibernian" (Şotlandiya) - "Legiya" (Polşa) - 1:2

"Rakuv" (Polşa) - "Arda" (Bolqarıstan) - 1:0

"Santa Klara" (Portuqaliya) - "Şemrok Rovers"(İrlandiya) - 1:2.