Argentinalı futbolçu Bundesliqa klubuna keçib

Argentinalı futbolçu Bundesliqa klubuna keçib

“Mançester Siti”nin yarımmüdafiəçisi Klaudio Eçeverri Leverkuzen “Bayer”inə keçib.

Olimpnews.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı argentinalı futbolçu 2026-cı il iyunun 30-na kimi satınalma seçimi olmadan icarədə olacaq.
Məlumat üçün bildirək ki, Eçheverri "River Plate" klubunun yetirməsidir. O, 2024-cü ilin yanvarında 18,5 milyon avroya "şəhərlilər"in heyətinə keçib. Argentinalı futbolçu “Mançester Siti”də 3 oyun keçirib və 1 qol vurub.