“Qırmızılar” Rodriqodan əl çəkmir

“Qırmızılar” Rodriqodan əl çəkmir

"Liverpul" Madrid "Real"ının braziliyalı vingeri Rodriqonun transferinə olan marağı artırıb.
Olimpnews.az Jurnalist və insayder Pablo Oliveyranın sosial şəbəkələrdə yaydığı məlumata istinadən xəbər verir ki, “Qırmızılar” onu Münhen “Bayerni”nə keçən kolumbiyalı Luis Diazın əvəzləyicisi kimi görür. Rodriqonun özü də İngiltərə çempionunun heyətinə keçməkdə maraqlıdır.