Haaland Madriddən zəng gözləyir

Haaland Madriddən zəng gözləyir

"Mançester Siti"nin hücumçusu Erlinq Haalandın yaxın vaxtlarda La Liqaya keçəcəyi barədə söhbətlər hələ də davam edir.

Olimpnews.az xəbər verir ki, ilin ilk ayında norveçli futbolçu "şəhərlilər"lə 2034-cü ilə qədər müqavilə imzalasa da, bu onun klbuda daimi qalmasını təsdiqləmir. Transfer News Live saytının məlumatına görə, Haaland Madrid "Real"ından hər an zəng gözləyir. O, hücumda Kilian Mbappe ilə ortaqlığının həqiqətən də qarşısıalınmaz olacağına inanır. Qeyd edək ki, Erlinqin Transfermarkt portalındakı qiməti 180 milyon avrodur.