Bu gün Misli Premyer Liqasında ikinci tura start veriləcək

Bu gün Misli Premyer Liqasında ikinci tura start veriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında ikinci tura start veriləcək.

Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Taçılış oyunu Şamaxı şəhər stadionunda baş tutacaq. "İmişli"komandası "Neftçi"ni qəbul edəcək. Saat 17:00-da başlayacaq oyunun baş hakimi Rauf Cabbarov olacaq. 

Günün ikinci qarşılaşmasında isə "Qarabağ" klubu "Azərsun Arena"da "Sumqayıt"ı qonaq edəcək. Saat 19:30-da start götürəcək oyunu Cavid Cəlilov idarə edəcək.
Turun digər qarşılaşmaları avqustun 23, 24 və 25-də keçiriləcək.