"Cadillac" iki pilotla birdən müqavilə imzalayacaq

"Cadillac" iki pilotla birdən müqavilə imzalayacaq

Amerikanın yarış komandası olan "Cadillac" 2026-cı il mövsümünə hazırlığı sürətləndirib.

Olimpnews.az "The Race" portalına istinadən xəbər verir ki, gələn həftə finlandiyalı pilot Valtteri Bottas və meksikalı pilot Serxio Pereslə eyni vaxtda müqavilə imzalayacaq.

Xatırladaq ki, ABŞ-ın yarış komandası 2026-cı il mövsümündən etibarən dünya çempionatının 11-ci iştirakçısı olacaq. Bottas hazırda Almaniyanın "Mercedes" komandasının ehtiyat pilotudur.