"Sepang International Circuit"in rəhbəri Ajan Shafriman Hanif Formula 1-in Qran-Prisinin yenidən Malayziyaya qayıtması üçün ödənilməli olan məbləği açıqlayıb.
""Liberty Media"nın sahibləri bizə yarışa ev sahibliyi etmək haqqının illik 70 milyon dollar olduğu barədə məlumat veriblər. Biz bu məbləğə Qran-Prinin təşkili və keçirilməsi xərclərini də əlavə etməliyik ki, bu da təxminən 2-4 milyon dollardır", - deyə Carsh.net Ajan Hanifdən sitat gətirib.
Xatırladaq ki, Malayziya Qran-Prisi yarışı 1999-2017-ci illərdə keçirilib. Mərhələnin sponsoru «Petronas» neft şirkəti olub. Bu mərhələnin dayandırılmasına səbəb bilet satışının və turist axınının azalması ilə əlaqələndirilib.