Türkiyənin "Fənərbağça" klubu İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Antoni ilə maraqlanır.
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçu üçün 45 milyon avro ödəməyə hazırdır. "Qırmızı şeytanlar" transferə müsbət yanaşsa da, futbolçu özü karyerasını Türkiyə çempionatında davam etdirməyə maraqlı deyil. 25 yaşlı futbolçu yenidən İspaniyanın "Betis" klubuna qayıtmaq niyyətindədir.