Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Barış Alper Yılmaz məşqlərə çıxmaqdan imtina edib.
Olimpnews.az xəbər verir ki, buna səbəb 25 yaşlı sol cinah hücumçusunun Səudiyyə Ərəbistanının "Neom" klubundan təklif almasıdır. İstanbul təmsilçisi "Neom" klubundan transfer üçün minimum 60 milyon avro tələb edib. "Aslanlar" həmçinin Səudiyyə Ərəbistanı təmsilçisi ilə icazəsiz danışıqlar aparmağı qadağan edib. .
Qeyd edək ki, "Neom" klubu cinah oyunçusu üçün üç dəfə təklif göndərib. Son təklif isə bonuslarla birlikdə 35 milyon avro civarındadır.