Serbiyalı futbolçu karyerasını İtaliyada davam etdirəcək 

Serbiyalı futbolçu karyerasını İtaliyada davam etdirəcək 

Fransanın "Lyon" klubundan ayrılan Nemanya Matiç karyerasını İtaliya A seriyasında davam etdirəcək.
Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, futbolçu "Sassuolo" ilə razılıq əldə edib. O, yeni klubuna azad agent kimi keçib. 37 yaşlı serbiyalı dayaq yarımmüdafiəçisi "Sassuolo" ilə 1+1 illik müqavilə imzalayacaq.