Futbol üzrə Misli Premyer Liqasının ikinci turunda sensasiya qeydə alınıb. Olimpnews.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" klubu "Azərsun Arena"da "Sumqayıt"a minimal hesabla məğlub olub -0:1. Cavid Cəlilovun idarə etdiyi matçda yeganə qolu 72-ci dəqiqədə "Sumqayıt"ın futbolçusu Ronaldo Vazkez vurub. Beləliklə, Ağdam təmsilçisi çempionata məğlubiyyətlə başlayıb. Qurban Qurbanovun komandasının ilk turda "Sabah"la oyunu təxirə salınmışdı.
Misli Premyer Liqası: "Qarabağ"dan uğursuz başlanğıc
