İtaliyanın "İnter" klubu U-23 komandasında çıxış edən yarımmüdafiəçi Tomas Berenbruçu klubda saxlamaqda israrlıdır.
Olimpnews.az xəbər verir ki, "nerazzurri" futbolçu üçün gələn təklifləri rədd edir.
İtaliya təmsilçisi bu günlərdə Niderlandın "Utrext" klubunun 20 yaşlı futbolçu üçün göndərdiyi təklifi dəyərləndirməyib.
Milan təmsilçisi futbolçuya güvənir və ona gələcəkdə əsas komandanın üzvü kimi baxır.
"İnter" istedadlı futbolçusunu əldən vermək istəmir
