Keçmiş Formula 1 pilotu Rubens Barrikello hələ də sürət həyəcanını yaşamaqda davam edir.
Olimpnews.az xəbər verir ki, bu həftə sonu o, Sao Paulodan 180 km məsafədə yerləşən "Autodromo Velo Citta"da keçirilən Braziliya NASCAR seriyasının çempionu olub. 53 yaşlı veteran "Full Time Sports" komandasının heyətində "Ford Mustang"la fərqlənib.
Məlumat üçün bildirək ki, Barrikello 1993-2011-ci illərdə Formula 1-də yarışıb. İştirak etdiyi 323 Qran-Pridə 11 dəfə qalib gəlib. "Ferrari"də Mixael Şumaxerin komanda yoldaşı olarkən, 2002 və 2004-cü illərdə iki dəfə vitse-dünya çempionu olub.