"Komo" 70 milyona yox dedi

"Komo" 70 milyona yox dedi

İngiltərənin "Tottenhem" klubu yay transfer pəncərəsinin bağlanmasıa qədər heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.

Olimpnews.az xəbər verir ki, London təmsilçisi Niko Pazı heyətinə cəlb etmək istəyir. "Mahmızlar" bunun üçün İtaliyanın "Komo" klubuna 70 milyon avro həcmində təklif yollayıb. Lakin İtaliya təmsilçisi ingilislərin bu təklifi ilə razılaşmayıblar. "Komo" hazırda istedadlı oyunçunu əldən vermək istəmir.