Albaniyalı futbolçu 100-ə çata bilmədi

Albaniyalı futbolçu 100-ə çata bilmədi

"Torino" "İnter"in yrımmüdafiəçi Kristjan Aslanini heyətinə cəlb edib. 

Olimpnews.az xəbər verir ki, rəsmi açıqlamaya görə, alban futbolçunun "Torino" ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. İtaliya mətbuatının yazdığına görə, bu keçid 1,5 milyon avroya başa gəlib. Bundan əlavə, Milan təmsilçisi oyunçunun sonrakı satışından gələn 20 faizi payını özündə saxlayıb.
Qeyd edək ki, Aslani "İnter"in heyətində 99 rəsmi oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.