Dortmund "Borussiya"sı baş məşqçi Niko Kovaçla müqavilənin müddətini artırıb.
Olimpnews.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, yeni müqavilənin müddəti 2027-ci ilə kimi hesablanıb.
Qeyd edək ki, 53 yaşlı mütəxəssis ötən qış Dortmund klubuna keçib. Onun rəhbərliyi altında ötən mövsüm Bundesliqada 4-cü yeri tutan "arılar" Çempionlar Liqasına vəsiqə qazana bilib.
“Arılar” baş məşqçidən razı qalıblar
