İngiltərənin "Mançester Siti" klubu PSJ-nin qapıçısı Canluici Donnarummanın transferini tamamlamaq üzrədir.
Olimpnews.az xəbər verir ki, Football Italia portalının verdiyi məlumata görə, tərəflər təxminən 30 milyon avroya razılaşıblar.
Qeyd edək ki, Canluici Donnarumma 2021-ci ilin yayında azad agent kimi "Milan"dan PSJ-yə keçib. İtalyanın Fransa çempionu ilə müqaviləsi bir ildən sonra başa çatır və müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb.