"Çelsi" "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopezi transfer etməkdə israrlıdır.
Olimpnews.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, "zadəganlar" Lopezlə bağlı hələ ki "Barselona" ilə əlaqə saxlamayıb. Qeyd edək ki, "Barselona"nın "Levante" ilə son oyununda (3:2 qələbə) Fermin Lopez bütün 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib. Nüfuzlu Transfermarkt portalının ekspertləri 22 yaşlı Lopezi 50 milyon avro qiymətləndiriblər.