Fransanın PSJ klubunda forma geyinən cinah hücumçusu OsmanDembele argentinalı ulduz futbolçu haqqında maraqlı fikirlər səsləndirilib.
Olimpnews.az xəbər verir ki, o vaxtilə Messi ilə eyni komandada çıxış etdiyi üçün xoşbəxt olduğunu bildirib. “Messi hər zaman mənim sevimli futbolçum olub. "Barselona" klubuna aşiq olmağıma səbəb də məhz o idi. Iniestanın komandadakı son ilində onunla oynamaq və həmçinin Messi ilə çıxış etmək inanılmaz bir duyğu idi. Onunla ilk gündən münasibətim yaxşı idi. Messi mənə dedi ki, əgər xəyallarımı gerçəkləşdirmək istəyirəmsə, ciddi olmalıyam. Bundan sonra mən onun meydandakı hərəkətlərini izləməyə və onlardan öyrənməyə başladım”.