"Barselona" klubu ehtiyat qapıçısı İnaki Pena ilə 2029-cu ilədək yeni müqavilə imzalayıb.
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi müqavilə müddətini uzatdıqdan sonra onu İspaniyanın digər klubu olan "Elçe" komandasına icarəyə göndərəcək. Artıq transferlə bağlı yekun danışıqlar tamamlanıb. Yaxın saatlarda futbolçunun "Elçe"yə keçidi rəsmiləşəcək.