Nazirliyin əməkdaşları daşqaldırma çempionatında iştirak ediblər

Nazirliyin əməkdaşları daşqaldırma çempionatında iştirak ediblər


Fevralın 18-19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) idman sağlamlıq klubunun təşkilatçılığı ilə daşqaldırma üzrə çempionat keçirilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində keçirilən yarışda idman sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev iştirakçılara uğurlar arzulayıb. Yarışda FHN-in 22 müxtəlif qurumu və 100-dən artıq əməkdaşı yarışın proqramına uyğun olaraq, 24 kiloqramlıq daşlarla öz gücünü sınayıb.
Çempionatda əvvəlcə birdən, sonra təkanla qaldırma yarışları keçirilib. Orxan İsgəndərov (60 kq, Dövlət Yanğından Mühafizə Xidməti), Samir Quliyev (65 kq, Cənub Regional Mərkəzi), İslam Əkbərov (70 kq, FHN-in Akademiyası), Mətləb Məmmədov (80 kq, Mülki Müdafiə Qoşunları), Bəhruz Aslanov (90 kq, Gəncə Regional Mərkəzi) və Mail Əliyev (90 kq-dan yuxarı, Mülki Müdafiə Qoşunları) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Komanda yarışlarında Dövlət Yanğından Xilasetmə Xidməti birinci, Mülkü Müdafiə Qoşunları ikinci, Fövqəladə Hallar Nazirliyinin Akademiyası üçüncü yerə layiq görülüb.
Yarışa beynəlxalq dərəcəli hakim Azad Mustafayev və respublika dərəcəli hakim Vaqif Hüseynov nəzarət ediblər.
Çempionatın sonunda qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda yarışda iştiraka edən hakimlərə və həkim heyətinə fəxri fərmanlar təqdim edilib.