Madrid "Real"ının rəhbərliyi hücumçu Vinisius Juniordan tamamilə narazıdır.
Olimpnews.az xəbər verir ki, buna səbəb braziliyalının La Liqanın 2-ci turunun bu yaxınlarda “Ovyedo” ilə oyununda etdiyi təxribatçı jestdir. Bu barədə “Fichajes” məlumat yayıb. Xatırladaq ki, Vinisius qol vurduqdan sonra rəqib komandanın azarkeşlərinin tribunaları qarşısında iki yuxarı barmağını göstərib. Çoxları bu jesti “Ovyedo”nun 24 ildir La Liqada oynamadığına işarə kimi qəbul edib. Madrid klubu hesab edir ki, Vinisius müntəzəm olaraq davranışı ilə komandanın nüfuzunə xələl gətirir.