"Kayrat" klubu futbol üzrə UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümünün Liqa mərhələsinə vəsiqə qazanan ilk klub olub.
Olimpnews.az xəbər verir ki, Qazaxıstan təmsilçisi bu gün doğma meydanda pley-off mərhələsində Şotlandiyanın "Seltik" klubuna penaltilər seriyasında qalib gəlməklə bu hüquqa yiyələnib. Şotlandiyadakı qolsuz heç-heçənin ardından tərəflər Qazaxıstanda da qapılara yol tapa bilmədikləri üçün matçda əlavə dəqiqələr oynanılıb. Burada da komandalardan heç biri çərçivəyə düşə bilməyib. Əlavə dəqiqələrdən sonra isə "Kayrat" futbolçuları penalti zərbələrini daha dəqiq yerinə yetirərək əsas mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün Liqa mərhələsinə vəsiqə qazanan daha iki komandanın da adına aydınlıq gələcək.