Çempionlar Liqası: Əsas mərhələyə vəsiqə qazanan ilk üç komanda müəyyənləşdi

Çempionlar Liqası: Əsas mərhələyə vəsiqə qazanan ilk üç komanda müəyyənləşdi

Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan ilk komandaların adlarına aydınlıq gəlib.

Olimpnews.az xəbər verir ki, ötən gecə təşkil olunan pley-off mərhələsinin ilk cavab oyunlarından sonra Qazaxıstanın "Kayrat", Yunanıstanın "Pafos" və Norveçin "Budyo Qlimt" komandaları Liqa mərhələsinə alarını yazdırıb. Qazaxıstan təmsilçisi Şotlandiya "Seltik"ini penaltilər seriyasında (3:2) üstələyib. Bu komandalar arasında hər iki oyun qolsuz heç-heçə ilə yekunlaşmışdı. "Pafos" isə iki oyunun nəticəsinə görə (2:1, 1:1) Serbiya "Srvena Zvezda"sını üstələyib. "Budyo Qlimt" isə Norveçdə 5:0 hesablı qələbə qazandığı Avstriyanın "Şturm Qraz" klubuna səfərdə 2:1 məğlub olsa da iki oyunun nəticəsinə görə Liqa mərhələsinə yüksəlib. 

Qeyd edək ki, pley-off mərhələsinin digər cavab oyunları bu gün keçiriləcək.