Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin daha dörd cavab oyununu keçirəcək.
Olimpnews.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi "Qarabağ" da əsas mərhələyə vəsiqə uğrunda meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Macarıstanın "Ferentsvaroş" klubunu qonaq edəcək. Bu komandaların Macarıstandakı ilk qarşılaşması təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Əgər Ağdam klubu bu oyunda da sərfəli nəticə əldə edərsə, tarixində ikiinci dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparmaq hüququ qazanacaq.
Bakı vaxtı ilə saat 20:45-də start götürəcək oyunun baş hakimi fransalı Kleman Türpen olacaq.
Xatırladaq ki, "Qarabağ" klubu 2017/2018-ci illər mövsümündə də Çempionlar Liqasının qrup mərhələsində iştirak etmişdi.