"Bəzən Sinner özünü belə idarə edə bilmir"

"Bəzən Sinner özünü belə idarə edə bilmir"

Dördqat “Böyük Dəbilqə” turinirinin qalibi olan dünyanın 1 nömrəli italyan tennisçisi Yannik Sinner bu mövsümü böyük çətinliklərlə keçirdiyini qeyd edib. "Mümkün qədər çox oyunda qalib gəlmək imkanım var. "Böyük Dəbilqə"də qalib gəlmək xüsusi hissdir. Amma mən heç vaxt heç nəyi təbii qəbul etmirəm. Kortdan kənarda hər şey ola bilər. Bəzən Sinner özünü belə idarə edə bilmir", - deyə sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, avqustun 26-da Sinner ABŞ Açıq çempionatının ilk tur matçında 89-cu olan çex tennisçisi Vit Koprivanı 6:1, 6:1, 6:2 hesabı ilə məğlub edərək qalib gəlib. Turnirin növbəti mərhələsində italiyalı idmançı dünyanın 36-cı pilləsində qərarlaşan avstraliyalı tennisçi Aleksey Popırinlə qarşılaşacaq.