Jurnalist Canluka Di Marzionun saytında yer alan xəbərə görə, İtaliya millisinin sabiq futbolçusu Alessandro Florenzi karyerasını başa vurub. "Sən, futbol mənə möhkəmlik, iradə gücü və heç vaxt təslim olmamaq bacarığını öyrətdin. Sən mənə ağlasığmaz sevinclər bəxş etdin, eyni zamanda mənə nə qədər güclü ola biləcəyini göstərən ağrı verdin. Səninlə sahib olduğum hər şey üçün çox şey qurban verdim. Gənclərə deyim ki, yaşıl meydançaya çıxanda unutmayın ki, bu, sadəcə bir oyundur. Son matçınız kimi oynayın və heç nəyi əsirgəməyin ", - deyə Florenzi bildirib.
Qeyd edək ki, Florenzi 15 illik karyerası ərzində “Roma”, “Krotone”, “Valensiya”, PSJ və “Milan” kimi klublarda çıxış edib. O, ölkəsinin milli komandasının tərkibində 2020-ci ildə Avropa çempionu olub.