"Sarı sualtı qayıqlar" "Lion"a tərəf yönəliblər

"Sarı sualtı qayıqlar" "Lion"a tərəf yönəliblər

"Lion"un mərkəz hücumçusu Georgi Mikautadze "Vilyarreal"ında maraq dairəsinə düşüb.

Olimpnews.az “Foot Mercato” saytına istinadən xəbər verir ki, "sarı sualtı qayıqlar" Gürcüstan millisinin 24 yaşlı hücumçusu üçün xüsusi təklif hazırlayır. Bunun üçün La Liqa təmsilçisi qarşı tərəfə 30 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, bu mövsüm Mikautadze Fransa çempionatının iki oyununda meydana çıxıb və bir qol müəllifi olub. Onun Fransa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.