"Qarabağ" klubu tarixində ikinci dəfə futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda pley-off mərhəsləsinin cavab oyununda Macarıstanın "Ferentsvaroş" klubuna 3:2 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə mərhələ adlamağı bacarıb. Matçda hesab qonaqların futbolçusu Lenni Josefin 14-cü dəqiqədə vurduğu qolla açılıb. Lakin 25-ci dəqiqədə Leandro Andrade esabı bərabərləşdirib. İlk hissənin sonlarında -45-ci dəqiqədə Abdullah Zubir "Qarbağ"ı hesabda önə çıxarıb. İlk hissə bu hesabla başa çatıb. Matçın ikinci hissəsində qonaqların heyətində Barnabas Varqa 55-ci dəqiqədə penalti zərbəsi ilə hesabda bərabərliyi bərpa edib. Matçın 82-ci dəqiqəsində isə Aleks Tot matçda yekun hesabı müəyyənləşdirib -2:3.
Bu komandalar arasında Macarıstandakı ilk oyun "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. Beləliklə, "Qarabağ" iki oyunun nəticəsinə görə (5:4) Liqa mərhələsinə vəsiqə əldə edib.