Bu gün futbol üzrə UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, pley-off mərhələsinin cavab oyununda Latviyanın "Riqa" komandasına iki oyunun nəticəsinə görə (2:1) qalib gələn "Sparta Praqa" (Çexiya) adınını əsas mərhələyə yazdırıb. İlk oyunda 2:0 qalib gələn Çexiya təmsilçisi Latviyada 1:0 hesabı ilə məğlub olub. Bu hesab "Sparta Praqa"nın əsas mərhələyə vəsiqə qazanması üçün kifayət edib.
Mərhələnin digər oyunları sabah keçiriəcək.