Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan bütün komandaların adlarına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, ötən gecə təşkil olunan pley-off mərhələsinin cavab oyunlarından sonra "Qarabağ" (Azərbaycan), "Benfika" (Portuqaliya), "Brügge" (Belçika) və "Kopenhagen" (Danimarka) komandaları adlarını əsas mərhələyə yazdırıblar. "Qarabağ" klubu Bakıda Macarıstanın "Ferentsvaroş" klubuna 3:2 hesabı ilə məğlub olub. Buna baxmayaraq Ağdam təmsilçisi Macarıstanda qazandığı 3:1 hesablı qələbə sayəsində iki oyunun nəticəsinə görə, Liqa mərhələsinə yüksəlib.
"Benfika" klubu isə Portuqaliyada Türkiyənin "Fənərbağça" komandasına minimal hesabla qalib gəlib. Bu komandaların İstanbuldakı oyunu qolsuz heç-heçə ilə yekunlaşmışdı. Beləliklə, Türkiyə təmsilçisi yolunu Avropa Liqasının, Portuqaliya klubu isə Çempionlar Liqasının Liqa mərhələsində davam etdirəcək. Gecənin ən böyükhesabı qələbəsi isə Belçikada qeydə alınıb. "Brügge klubu doğma meydanda ilk dəqiqələrdən azlıqda qalan Şotlandiya "Reyncers"inin qapısından altı cavabsız top keçirib. Bu klomandaların Şotlandiyadakı oyunu da "Brüggenin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. Beləliklə, yekunda 9:1 hesablı qələbə qazanan Belçika təmsilçisi Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Danimarkanın "Kopenhagen" klubu isə İsveçrə "Bazel"ini iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə üstələyib. Bu komandaların İsveçrədəki oyununda 1:1, cavab qarşılaşmasında isə "Kopenhagen"in 2:0 hesablı qələbəsi qedə alınıb. Bununla da Danimarka klubu Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Xatırladaq ki, daha əvvəl "Kayrat" (Qazaxıstan), "Pafos" (Yunanıstan) və "Budyo Qlimt" (Norveç) komandaları da Liqa fazasına vəsiqə qazanmışdılar.