Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, "Monako"da təşkil olunan tədbirdə Azərbaycanın "Qarabağ" klubunun da rəqibləri müəyyənləşib. Komandamız İngiltərənin "Çelsi", "Liverpul" Portuqaliyanın "Benfika", Almaniyanın "Ayntraxt", Niderlandın "Ayaks", İtaliyanın "Napoli", İspaniyanın "Atletik" və Danimarkanın "Kopenhagen" komandaları olacaq.