“Monako” klubu “Sevilya”nın hücumameyilli yarımmüdafiəçi Stanis İdumbonun transferini başa çatdırıb.
Olimpnews.az xəbər verir ki, 20 yaşlı fransalı futbolçu ilə müqavilə 2030-cu ilin iyun ayına kimi hesablanıb. Nüfuzlu idman jurnalisti Andres Onrubia Ramosun sözlərinə görə, transfer məbləği 10 milyon avroya başa gəlib.