"Liverpul" “Milan”a şərt qoydu

"Liverpul" “Milan”a şərt qoydu

"Liverpul"un mərkəz müdafiəçisi Co Qomez karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 

Olimpnews.az insayder Fabrizio Romanonun verdiyi məlumata istinad'n xəbər verir ki, “Milan” 28 yaşlı futbolçu üçün "Liverpul"a rəsmi təklif göndərib. Mənbənin sözlərinə görə, mersisaydlılar müdafiəçini buraxmağa hazırdırlar. Əgər Mark Quehini “Kristal Pelas”dan almaq mümkün olsa, bu razılaşma öz həllini tapacaq. Qomezin İngiltərə çempionu ilə müqaviləsi 2027-ci ilə qədər hesablanıb.