Martines "Mançester Yunayted"lə danışıqlara başlayıb

Martines "Mançester Yunayted"lə danışıqlara başlayıb

"Mançester Yunayted" "Aston Villa"nın qapıçısı Emiliano Martineslə maraqlanır.

Olimpnews.az nüfuzlu insayder Fabrizio Romanonun sözlərinə istinadən xəbər verir ki, 32 yaşlı argentinalı qapıçı artıq şəxsi müqaviləsinin şərtləri ilə bağlı ilkin razılığa gəlib.
2020-ci ilin sentyabr ayından "Aston Villa"da çıxış edən Martinezin klubla 2029-cu ilin iyun ayına kimi müqaviləsi var.