UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan İngiltərənin "Liverpul" klubu daha bir səs-küylü transferi yekunlaşdırmaq üzrədir.
Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, "mersisaydlılar" "Nyukasl"dan Aleksander İsakın transferini tamamlayıb. Transfer "Liverpul" üçün 150 milyon avroya başa gəlib. İsveçli hücumçu tibbi testlərdən keçmək üçün Liverpula yollanıb.