Lənkəran rayon, Kənarmeşə kənd stadionunda Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kişilər arasında futbol üzrə Lənkəran - Astara region turnirinin açılış mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, mərasimində Azərbaycan Respublikasının dövlət himni səslənib, müstəqilliyimiz, Vətən torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsi əməkdaşların, Kənarmeşə kənd icra nümayəndəsinin, şəhid ailələri və kənd sakinlərin iştirak etdiyi turnirin açılış mərasimində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Yusif Xamiyev, şəhid Məhəmməd Hüseynovun anası, Kənarmeşə kənd icra nümayəndəsi və Kənarmeşə kənd orta məktəbinin müəlliməsi çıxış edərək komandalara uğurlar arzulayıb.
Turnirə sentyabrın 10-da yekun vurulacaq.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə futbol turniri keçirilir
