Donnarumma ikinci ən bahalı italiyalı qapıçı oldu

Donnarumma ikinci ən bahalı italiyalı qapıçı oldu

Xəbər veriyimiz kimi, Fransanın PSJ klubunun qapçısı Canluici Donnarumma İgiltərənin "Mançester Siti" komandasına keçib.

Olimpnews.az xəbər verir ki, 30 milyon avroya "şəhərlilər"ə transfer olunan 26 yaşlı qapıçı bununla da ikinci ən bahalı italiyalı qapıçı olub. Birinci pillədə isə 2001-ci ildə "Parma"dan "Yuventus"a 52,9 milyon avroya transfer olunan Canluici Buffon yer alır. Üçüncü pillədə isə "İnter"in əfsanəvi qapıçısı Toldo qərarlaşıb. İtaliyalı qapıçı 2001-ci ildə "Fiorentina"dan "İnter"ə 26,5 milyon avro qarşılığında keçib.