Sentyabrın 4-dən 7-dək Slovakiyanın paytaxtı Bratislava şəhərinə cüdo üzrə Avropa çempionatı keçiriləcək.
Olimpnews.az xəbər verir ki, qitə çempionatında 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq. Ölkəmiz yarışda ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.
Bu gün səhər saatlarında komandamızın üzvləri Avropa çempionatında iştirak etmək üçün Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb.