Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi təbliğ olunacaq

Yeniyetmə və gənclər arasında  sağlam həyat tərzi təbliğ olunacaq

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası üzrə "Yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” adlı layihənin icrasına başlanılıb.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında idman və sağlam həyat tərzinin təbliğ etməkdir. Layihə çərçivəsində yeniyetmə və gənclərlə görüşlər təşkil ediləcək. Uşaqlar qruplara bölünərək, idman məşqlərinə cəlb olunacaqlar.
Sonda yeniyetmə və gənclər arasında baş verən dəyişiklikləri qiymətləndirmək və dəyərləndirmək üçün sorğular aparılacaq.