"Əczaçılar" əfsanəvi futbolçudan cavab gözləyirlər

"Əczaçılar" əfsanəvi futbolçudan cavab gözləyirlər

Madrid "Real"nın əfsanəvi hücumçusu Raul Qonzales Leverkusen "Bayer"nin baş məşqçisi ola bilər.

Olimpnews.az italyalı jurnalist Nikolo Şira sosial şəbəkələrdə yaydığı məlumata istinadən xəbər verir ki, “əczaçılar” Raula artıq təklif göndərib. Əgər təklif öz həllini tapmasa, Dortmund "Borussiya"sının keçmiş baş məşqçisi Edin Terziç və yaxud "Leypsiq"də işləmiş Marko Rouzla danışıqlar aparılacaq.